20-dək ölkədən 45 zəka sahibinin qatıldığı
şahmat bəstəçiliyi üzrə FIDE Dünya kubokunun qalibi adını həmyerlimiz Kənan
Vəlixanov qazanıb.
Korner.az-ın məlumatına görə, o, şahmat bəstəçiliyinin ikigedişli bölməsində dünyanın bir
çox məşhur şahmat bəstəçilərini geridə qoyaraq, çempion adını qazanmışdır.
Qeyd edək ki, Kənan ötən Dünya kubokunda üçgedişli bölmədə bürünc medal
qazanmışdı.
