Artıq tarixin yaddaşına qovuşan, UEFA kubokunda klublarımız arasında ilk və yeganə mərhələ sevincini "Karvan" yaşayıb.
Korner.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, yevlaxlılar 2006-cı ildə Slovakiyanın "Spartak" (Trnava) klubunu mübarizədən kənarlaşdırmaqla bu uğura imza atıb.
İyulun 13-də Bakıdakı "Şəfa" stadionunda keçirilən ilk matçmda təmsilçimiz Xaliq Muradovun qolu sayəsində 1:0 hesablı qələbə qazanmışdı. Cavab matçında da eyni hesabla qalib gələn "Karvan" futbol tariximizə adını həkk etdirmişdi.
Bugünlərdə Bakıda "Spartak"ın qapısına yol tapan Xaliq Muradovla bağlı xoşagəlməz ortaya çıxıb. Muradov 1 həftə öncə Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O və şəriki 7,5 kq narkotik maddə olan marixuana satarkən saxlanılıblar. Mənbəmizin məlumatına görə, "Karvan"ın sabiq futbolçusu hazırda Gəncə Təcridxanasındadı.
