Azərbaycanlı referiyə növbəti təyinat
16.08.2024 , 14:00
FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, E.Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.
Elçin Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu matçda VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.