Azərbaycanlı referi ikinci kateqoriyada
24.08.2020 , 17:17

2020/2021-ci illər mövsümü üçün FIFA referilərinin yeni siyahısı açıqlanıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı açıqlanan yeni siyahıda ikinci kateqoriyada yer alıb.
Digər referelərin mövqeyində dəyişiklik olmayıb.
