Azərbaycanlı referi DÇ-nin yarımfinal oyununda
30.11.2019 , 15:51

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyununa təyinat alıb.
Korner.az xəbər verir ki, referi bu gün baş tutacaq Yaponiya – Portuqaliya görüşündə üçüncü hakim olacaq. “Los Pynandi Stadium”da keçiriləcək qarşılaşmanı polşalı Lukas Ostrovski idarə edəcək.
Digər yarımfinalda görüşündə İtaliya və Rusiya komandaları üz-üzə gələcək. Oyunlar bu gün keçiriləcək.
Dünya çempionatının finalı dekabrın 1-də olacaq.
