Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin növbəti turu keçirilib
Yarışda Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov 5-ci turda ardıcıl dördüncü dəfə heç-heçəyə imza atıb.
Onun budəfəki rəqibi çinli Din Lijen olub. Şəhriyar bu qarşılaşmadan sonra xallarının sayını 3-ə çatdıraraq ikinci yerdə qalıb.
Eyni nəticə Aleksandr Qrişuk (Rusiya) – Levon Aronyan (Ermənistan), Uesli So (ABŞ) – Vladimir Kramnik (Rusiya) və Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya) qarşılaşmalarında da qeydə alınıb.
Turnir cədvəlinə Karuana liderlik edir, Məmmədyarov və Kramnik ondan yarım xal geri qalır.
Beş turdan sonra turnir cədvəlində vəziyyət: 1. Karuana – 3,5; 2-3. Məmmədyarov, Kramnik – 3; 4-6. Aronyan, Qrişuk, Din Lijen – 2,5; 7-8. Karyakin, So – 1,5.
Altıncı turun cütləri. Karuana – Qrişuk, Məmmədyarov – Kramnik, Din Lijen – Karyakin, So – Aronyan.
Turnirin mükafat fondu 420 min avrodur
1-ci yer – 95 min
2-ci yer – 88 min
3-cü yer – 75 min
4-cü yer – 55 min
5-ci yer – 40 min
6-c yer – 28 min
7-ci yer – 22 min
8-ci yer – 17 min
