Azərbaycanlı məşhur boksçu Emil İsrafilbəyov vəfat edib.
Korner.az-ın məlumatına görə, daha çox Emil Baku kimi tanınan idmançı beyin şişi xəstəliyindən dünyasını dəyişib.
1972-ci il təvəllüdlü Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib.
