Qazaxıstan yığmasının heyətində olimpiya çempionu olan azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimova paytaxt Astanada 3 otaqlı mənzil verilib.
Korner.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, mənzilin açarlarını N.Rəhimova təntənəli mərasimdə Atırau vilayətinin akimi Nurlan Noqayev təqdim edib.
23 yaşlı ağırlıqqaldıran Qazaxıstan sakinlərinin dəstəyini, məsafənin uzaqlığına rəğmən, hiss etdiyini söyləyib: “Bilirdim ki, mənə bütün ölkə azarkeşlik edir. Bu, mənə kömək edirdi. Hamınıza minnətdaram. Mavi bayrağımız altında çıxış etmək və onu olimpiadada ucaltmaq mənim üçün böyük şərəfdir. Mən çox şadam”.
