Azərbaycanlı məşqçi vəfat etdi
18.01.2022 , 19:09

Azərbaycan futboluna ağır itki üz verib.
Korner.az xəbər verir ki, “Vətən” futbol məktəbinin məşqçisi Zəfər Hüseynov 41 yaşında dünyasını dəyişib.
Vaxtilə AZAL-ın, “Keşlə”nin aşağı yaş qruplarından ibarət komandalarını çalışdıran Hüseynov qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Zəfər Hüseynov veteran futbolçu Nazim Süleymanovun yaxın qohumudur.
Allah rəhmət eləsin!
