Futbol

Azərbaycanlı keçmiş oyunçu futboldan ömürlük uzaqlaşdırıldı

09.04.2021 , 15:15

AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda danışılmış oyunlarla bağlı məsələyə baxılıb.

Qurumun nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma və rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edilən peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar da qəbul oluna bilər.

Barəsində sanksiya qərarı verilmiş şəxsin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Son yazılar

Yuxarı