Dünən Fransa ikinci liqasınında mübarizə aparan “Lans” növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, azərbaycanlı iş adamı Hafiz Məmmədovun komandası doğma azarkeşlər önündə “Oser”i qəbul edib.
Oyun 4:1 hesabı ilə Hafiz Məmmədovunun komandasının xeyrinə başa çatıb.
Qeyd edək ki, 3 turdan 7 xal toplayan “Lans” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
