Azərbaycanlı idmançı keçirilən dünya çempionatının qalibi olub
10.09.2023 , 14:23
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 13-cü WSF dünya çempionatında iştirak edən Azərbaycan idmançıları növbəti uğura imza atıblar.
Korner.az xəbər verir ki, 12-13 yaş qrupunda çıxış edən Seyidəli Fəttahlı (44 kq) 6 döyüşün 6-da da qalıb gələrək, dünya çempionu adına layiq görülüb.
Seyidəli Fəttahlı bundan öncə də bir sıra beynəlxalq və yerli əhəmiyyətli yarışlarda birinciliklər əldə edib.
Yeniyeymə karate ustasının müəllimi məşhur idmançı, dünya və Avropa çempionu Niyazi Əliyevdir.