Azərbaycanlı idmançı karyerasını bitirdi
25.04.2023 , 14:41

Azərbaycanlı velosipedçi Elçin Əsədov karyerasını bitirib.
Korner.az xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabından məlumat yayıb.
O, rəsmi olaraq peşəkar idman karyerasını bitirdiyini bildirib:
“Velosiped, hər şey üçün təşəkkür. Ve son… Ailəmə, dostlarıma, məşqçilərimə, mənə dəstək olan və karyeramı mümkün edən hər kəsə təşəkkür edirəm.
İdman insanları birləşdirir və şükürlər olsun ki, o qədər gözəl insanlar və ölkələr tanıdım. Yarış üçün darıxacağam, amma velosiped sürməyi sevməyə davam edəcəyəm. Rəsmi olaraq idman karyeramı başa vurdum. Təşəkkürlər!”.
