Futbol

Azərbaycanlı hücumçu Almaniya klubu ilə müqavilə bağlayıb

06.04.2018 , 07:11

Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov klubunu dəyişib

Hazırda Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV divizion) Berlin “Dinamo”sunun formasını geyinən 28 yaşlı hücumçu “Proyssen Myunster” klubu ilə iki illik müqavilə bağlayıb.

Dadaşov Almaniyanın III liqasında çıxış edən yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan forvard hazırda Regional Liqanın bombardiridir. O, 24 matçda 23 qol vurub.

Son yazılar

Yuxarı