Azərbaycanlı hakimlər Almaniya yığmasının oyununa təyinat aldılar
07.11.2022 , 18:04
Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.
Korner.az xəbər verir ki, hakimlərimiz DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək. Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq.
Qarşılaşmanın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.
