Azərbaycanlı hakimlərə beynəlxalq təyinat
06.10.2022 , 17:31

Korner.az AFFA-ya istinadən xəbər verir ki, FIFA referisi Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.
