Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasında növbəti matçını idarə edib.
Həmyerlimiz qrup mərhələsinin 1-ci turunda keçirilən “Gimarayş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşündə iş başında olub.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatb. Əliyar Ağayev “Zalsburq”un futbolçusu Lyaytqebi 90+4-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb.
