Azərbaycanlı hakim Ukrayna – Şimali İrlandiya matçını idarə edəcək
16.11.2020 , 19:10

FIFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.
Korner.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 17-də keçiriləcək Ukrayna – Şimali İrlandiya qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və PərvinTalıbov kömək edəcək. Dördüncü hakim Elçin Məsiyev olacaq.
