FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.
Azərbaycanlı hakim D qrupunun Serbiya – Almaniya qarşılaşmasında iş başında olacaq. Oyunun baş hakimi Irlandiya Futbol Federasiyasından Harvey Robert olacaq
Qarşılaşma mayın 8-i Bakı vaxtı ilə saat 16.00-da keçiriləcək.
Qeyd edək ki, Rza Məmmədovun bundan öncə təyinat aldığı iki oyundakı işi hakim-inspektorları tərəfindən yüksək qiymətləndirilib.
