Ölkə futbolu

Azərbaycanlı hakim Konfrans Liqasında

22.06.2022 , 21:31

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Korner.az xəbər verir ki, o, Bosniya və Herseqovinada “Borats” və Farer adalarının “B-36 Torşavn” komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qarşılaşma iyulun 7-də keçiriləcək.

Son yazılar

Yuxarı