big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Azərbaycanlı hakim: “Kiçid epizodu faciəyə çevirənlər…”

22.01.2017 , 07:10

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlər arasında yenicə FİFA referisi adını almış Ömər Paşayev də var. Bu toplanış Ömər üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Paşayev yanvarın 29-dan etibarən yeni FİFA referilərinin İspaniyadakı hazırlığına qatılacaq.

Korner.az-ın məlumatına görə, məsələ ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytına danışan referi eyni zamanda toplanışı da dəyərləndirib:

“Toplanış yüksək səviyyədə gedir. Burada qidalanmaq, məşqlər, oyunlarda idarəçilik etmək üçün hər cür şərait var. Mənim fikrim daha çox fiziki hazırlığa yönəlib. Çünki yanvarın 29-da İspaniyaya yollanacağam. Fiziki hazırlığım yüksək səviyyədə olmalıdı. Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbətim olub. Daha çox fiziki hazırlığa önəm vermək istədiyimi bildirmişəm. Bununla yanaşı, yoxlama görüşlərini də idarə edirəm”.

Paşayev qatılacağı kursun özəlliyindən, FİFA hakimi adını daşımağın məsuliyyətindən də bəhs edib:

“FİFA hakimi adı altında biz Azərbaycanı təmsil edirik. Çox sayda azarkeşin izlədiyi oyunda hakimlərin Azərbaycandan olduğu söylənilir. Buna görə də FİFA hakimi adını daşımaq böyük məsuliyyətdi. FİFA hakimi adını aldığıma görə sevinə bilərəm. Amma bu o demək deyil ki, pik nöqtədəyəm. Mən çox çətin yolun başlanğıcındayam. Bunun üçün ilk növbədə kursdan uğurla keçməliyəm. Çox çətin bir hazırlığa qatılacağam. Kursun əsas özəlliyindən biri odu ki, yorğunluq fonunda daha cəld hərəkətlər etməlisən. Məhz həmin proqrama əsasən çalışmışam, pis alınmayıb. Eyni zamanda, dil biliklərindən imtahanlar verəcəyəm”.

Ömər Paşayev FİFA təlimatçısı, birvaxtların məşhur referisi Frank de Blekere ilə daim ünsiyyətdə olduğunu vurğulayıb:

“Blekere FİFA hakimi adı aldığım gün məni təbrik etdi. Əlaqəmizi kəsməmişik, elektron poçt vasitəsi ilə daim danışırıq. Əgər İspaniyada görüşə bilsək, yenə söhbətləşəcəyik”.

Referi hakimlikdə fiziki və texniki hazırlıqla yanaşı, psixoloji hazırlığın da önəm kəsb etdiyini söyləyib:

“Oyunu idarə etmək üçün beynin rahat olmalıdı. Çempionat oyunlarında bəzi narazılıqlar olur. Misal üçün oyunu idarə edirsən, hər şey yaxşıdı. Amma sonradan epizodların müzakirəsi gedir. Bir neçə epizod yığıb ortaya çıxarırlar və hakimliyi bərbad adlandırırlar. Amma bu belə deyil, futbolu epizodik müzakirə etmək olmaz. Biz FİFA və UEFA təlimatlarına uyğun hakimlik edirik, kənara çıxmırıq.

Məncə, hakimliyə epizodik yox, ümumi qiymət vermək lazımdı. Bəzən belə bir hal yaşanır ki, klub rəsmiləri özlərinə bəraət qazandırmaq üçün hər şeyi hakimin üstünə yıxırlar. Uğursuzluğa görə cavab vermək üçün bütün günahı hakimlərin üzərinə yıxmaq olmaz. Bəli, hakim səhvləri olur, amma boş qapıya zərbə vura bilməmək mənim günahım deyil. Bəzən mübahisəli penalti qərarı qeydə alınır və əsas müzakirə obyektinə çevrilir. Məgər, bütün oyun bir mübahisəli qərardan ibarətdi? Meydançada ən az səhv edən elə hakimdi. Düşünürəm ki, komandanın uğursuzluğunu hakimlərlə əlaqələndirmək düzgün deyil. Bəzən xarici ölkə liqalarında elə səhvlər görürük ki, bunu etmək həqiqətən də olmaz. Azərbaycanda kiçik epizodu faciəyə çevirən insanlar bəzən xarici ölkələrdəki həmin səhvə adi baxırlar. Bəli, hakim səhvləri müzakirə olunmalıdı, amma bu qədər deyil. Kiçik məsələnin çox şişirdilməsi hakimlərin psixoloji durumuna pis təsir göstərir və səhvlər sıralanır. Ona görə də çalışmaq lazımdı ki, bir birimizə dəstək olub Azərbaycan futbolunu inkişaf etdirək”.

Son yazılar

To Top