Azərbaycanlı hakim-inspektora UEFA-dan ilk təyinat
04.10.2023 , 14:57
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev ilk dəfə UEFA-dan təyinat alıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Quliyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda Almaniya, Polşa, Şimali Makedoniya və Qazaxıstan milli komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 11-dən 17-dək Polşada təşkil olunacaq.