Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı
22.01.2021 , 18:31

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Səmədli futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin Rusiya – Ermənistan və Serbiya – Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.
Rusiya – Ermənistan görüşü yanvarın 29-da, digər matç isə fevralın 3-də gerçəkləşəcək.
