Futbol

Azərbaycanlı hakim-inspektor elit-raund mərhələsində

21.11.2016 , 12:36

Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb. 

Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda İspaniyanın “İnter FS”, Çexiyanın “FK EP Chrudim”, Serbiyanın “KMF Ekonomac” və Sloveniyanın “SD Brezje Maribor” komandaları yer alıb.

Oyunlar noyabrın 23-dən 26-dək Sloveniyanın Maribor şəhərindəki Dvorana Tabor arenasında keçiriləcək.

Son yazılar

Yuxarı