Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokubok oyununa təyinat alıb.
Korner.az-ın məlumatına görə, o, Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunu zamanı iş başında olacaq.
Asim Xudiyev “Jelezniçar” (Bosniya və Herseqovina) – “Balsan” (Malta) oyununun hakim-inspektoru vəzifəni yerinə yetirəcək. Bu görüş iyulun 9-da Sarayevo şəhərindəki “Asim Ferhatoviç Has” stadionunda keçiriləcək
affa.az
