Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.
Oyunları martın 27-də start götürəcək bu qrupda Finlandiya, İtaliya, Macarıstan və Monteneqro milliləri mübarizə aparacaq. Qrupun qarşılaşmaları İtaliyada keçiriləcək.