Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa çempionatına təyinat alıb.
Korner.az– ın məlumatına görə, həmyerlimiz U-17 Avropa çempionatının ilkin seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Xudiyev sentyabrın 24-dən oktyabrın 1-dək Çexiyada təşkil olunacaq turnirin matçlarında hakimlərin idarəçiliyinə qiymət verəcək. Növbəti mərhələyə vəsiqə uğrunda Rusiya, Danimarka, Çernoqoriya və Çexiya yığmaları mübarizə aparacaq.
