Azərbaycanlı hakim Ermənistanın oyununa təyinat aldı
30.07.2018 , 18:32

Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
FİFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Kişinyov şəhərində keçiriləcək Belarus, Ermənistan və Moldova milli komandalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək.
Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futzal Qentovte”, “Makkabi Nahalat Yitjak Tel Əviv” və “Uatsel Futzal Klub” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Herseqovinada təşkil ediləcək.
