Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı
07.08.2021 , 12:00

Çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Korner.az xəbər verir ki, 24 nəfərlik yekun siyahıda çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun da adı var.
DÇ-nin final mərhələsi 19-29 avqust tarixlərində Rusiyada təşkil olunacaq.
