Azərbaycanlı hakim “Dinamo” – “Şkendiya” oyununu idarə edəcək
26.09.2019 , 15:50
FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, referi oktyabrın 2-də, Kiyev şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Dinamo” (Kiyev, Ukrayna) – “Şkendiya” (Şimali Makedoniya) oyununun baş hakimi olacaq.
Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcək.