Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb.
Korner.az-ın məlumatına görə, o, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda “Baku United” (İngiltərə), “Gibraltar Scorpions” (Cəbəllütariq), “Malmo City” (İsveç) və “Sarajevo” (Bosniya və Herseqovina) komandaları mübarizə aparacaq. Oyunlar avqustun 27-dən 30-dək Bosniya və Herseqovinada keçiriləcək.
