Azərbaycanlı hakim “Benfika”nın oyununda
02.09.2022 , 14:38

UEFA Gənclər Liqasının H qrupunda sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi Elçin Məsiyev olacaq.
Korner.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.
