Antaliyada toplanışda olan Azərbaycan hakimləri bu gün iki oyun idarə edəcək.
Korner.az-ın məlumatına görə, Orxan Məmmədov iki alman klubunun, "Gert" – "Bavariya"nın oyununu idarə edəcək. Rauf Cabbarov isə "Qəbələ"-"İnqolşdadt" oyununa təyin olunub.
