Azərbaycanlı hakim AÇ-nin 1/4 final matçını idarə edəcək
26.05.2023 , 14:18

Azərbaycanın FİFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyuna təyinat alıb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1/4 final mərhələsinin Polşa – Serbiya matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar köməklik göstərəcək. Görüş mayın 27-də baş tutacaq.
U-17 Avropa çempionatı Macarıstanda təşkil olunur. Elçin Məsiyev daha əvvəl Şotlandiya – Fransa qarşılaşmasını da idarə edib.
