Digər idman növləri

Azərbaycanlı güləşçi virtual yarışda ikinci oldu

15.06.2020 , 13:10

Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış başa çatıb.

Korner.az xəbər verir ki, onlayn turnirə adı salınan Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev finalda İran təmsilçisi Həsən Yazdani ilə üz-üzə gəlib.

Yekunda Əliyev 76953, Yazdani isə 87111 səs toplayıb. Beləliklə, Azərbaycan güləşçisi bu yarışda ikinci yeri tutub.

Son yazılar

Yuxarı