Gəncə futbol məktəbinin yetirməsi olan Şəhriyar Xəlilov dünyasını dəyişib.
Korner.az-ın xəbərinə görə, onun ürək tutmasından vəfat etdiyi bildirilir.
Xəlilov müxtəlif vaxtlarda “Gəncə”, “Qarabağ”, “İnter”, “Qəbələ”, “Turan” “Xəzər Lənkəran”da oynayıb.
Xəlilovun vəfatı ilə əlaqədar Premyer Liqanın bu gün başlanacaq 12-ci turunun oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.
