“Turniri təşkil edənlərə minnetdaram. Burda özümüzü evimizdəki kimi hiss
edirik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Porto”nun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Paulo Fraue deyib.
“Əjdahalar”ın baş məşqçisi daha sonra “Qəbələ”ni tərifləyib:
“Burda olan Azərbaycan klublarından “Qəbələ” daha çox xoşuma gəldi.
Azərbaycanlı futbolçunun “Porto”da meşq etməsindən xəbərim yoxdu. “Bakı”nın
klubumuzla əməkdaşlıq müqaviləsi imzalamasından da xəbərsizəm”.