Azərbaycanlı futbolçunun komandası qalib gəldi
05.12.2023 , 22:11

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan Kubokunda növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, “Arda” 1/8 mərhələsi çərçivəsində “Liteks” komandası ilə qarşılaşıb və 4:1 hesablı qələbəsi ilə bitib.
Hüseynov da görüşdə iştirak edib və sona qədər meydanda olub.
