Azərbaycanlı futbolçular üçün böyükhesablı məğlubiyyət
21.04.2023 , 12:16

Latviya çempionatında 7-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” evdə RFS ilə qarşılaşıb.
Futbolçularımızın komandası bu görüşdə böyükhesablə məğlub olub – 0:5.
Nazim sonadək ehtiyatda qalıb. Ramin isə 46-cı dəqiqədə meydana buraxılıb.
“Dauqavpils” hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb.
