Fevralın 19-dan martın 3-dək İspaniyanın paytaxtı Madriddə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcəyi barədə xəbər vermişdik.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq toplanışa dəvət edilmiş futbolçuların siyahısı müəyyənləşib.
Qeyd edək ki, bu yaş qrupuna aid olan yığmamız 2016-cı ildə Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
Asim Abdullazadə – Bakı
Kənan Allahverdiyev – Bakı
Rahid Ağayev – Bakı
Nazim Bağırov – Bakı
Samir Əliyev – Bakı
İbrahim Qədirzadə – Xəzər Lənkəran
Yusif Həsənov – Xəzər Lənkəran
Məmməd Hüseynov – Qarabağ
Nahid Zülfüqarlı – Qarabağ
Ceyhun Muxtarlı – İnter
Kamran Əliyev – İnter
Elçin Əsədov – İnter
Elvin Pənahov – İnter
Mir-Emil Həsənov – İnter
Fərid Nəbiyev – Qəbələ
Aqşin Huseynov – Qəbələ
Murad Qayalı – Qəbələ
İlkin Abdullayev – Qəbələ
Tural Əjdərli – Qəbələ
Bahadır Həziyev – Neftçi
Pərviz Novruzlu – Neftçi
Pilağa Mehdiyev – Neftçi
Pərviz Həsənov – Neftçi
Məhərrəm Həsənov – Lokomotiv
