"Mən Azərbaycan çempionatının ulduzuyam. Öz işimi görürəm. Amma bu dəfə həddən artıq… Axı mən heç vaxt qolçuluq bacarığımla seçilməmişəm. Müxtəlif vaxtlarda qollar vurmuşam. Amma indiki kimi olmayıb. Artıq 3 qolum və 2 məhsuldar ötürməm var. Düşünürəm ki, bu heç də pis deyil".
Korner.az-ın məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun şərəfini qoruyan Marçin Burkhardt deyib. Polşalı futbolçu vətənində verdiyi müsahibədə daha sonra iki ölkə çempionatları arasındakı fərqən danışıb:
"Reallıqda Polşa çempionatının üstünlüyü cüzidir. Əgər bizdə qapalı, müdafiə futbolu oynayırlarsa. Azərbaycanda açıq futbol gedir. Özü də Azərbaycanda məşqçilər daha tələbkardır. Mən karyeram ərzində ordakı kimi ağır məşqlər keçməmişəm. Gürcüstandakı 9 günlük toplanışda futbolçular yorğunluqdan sürünürdülər. Yalnız İsveçdə buna oxşar yükləmələr görmüşəm. Azərbaycanlı futbolçular çox cəsarətlidirlər, amma texnikaları zəifdir. Legionerlər də bu çatışmazlığı aradan qaldırmağa gəlir".
