Azərbaycanlı futbolçu “Spartak”da
22.12.2018 , 11:17

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyada klubunu dəyişib. Gənc yarımmüdafiəçi yetirməsi olduğu Moskva “Spartak”ına qayıdıb. Bu barədə Rusiya mətbuatı yazıb.
Bildirilir ki, mövsümün əvvəlində Quliyevi “Rostov”a satan “Spartak” onu geri qaytarıb. Buna səbəb 22 yaşlı oyunçunun yüksək səviyyədə çıxış etməsidi. Moskva klubunun Ayaz üçün 60 milyon rubldan (774 min avro) keçdiyi qeyd olunub.
Quliyev 2013-2018-ci illərdə “Spartak”da çıxış edib.
