Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 29 yaşlı qolkiper Davud Kərimi Türkiyə birinci liqasında mübarizə aparan “Fethiyyəspor” klubuna transfer olunub.
Kərimi qardaş ölkə təmsilçisi ilə 2 illik rəsmi müqavilə imzalayıb. Qolkiperin həftə sonu start götürəcək Türkiyə birinci liqasının ilk turunun “Fethiyyespor” və “1461 Trabzonspor” klubları arasında baş tutacaq qarşılaşmada əsas heyətdə meydana çıxması gözlənilir.
