Azərbaycanlı futbolçu rəmzi komandada
21.09.2019 , 18:36

Küveyt Premyer Liqasında mövsümün ilk turunun rəmzi heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, rəmzi komandada “Əl-Salmiyə” klubunda çıxış edən azərbaycanlı futbolçu Kamal Mirzəyev də yer alıb.
24 yaşlı dayaq yarımmüdafiəçisi ilk turun ən yaxşı 11 futbolçusundan biridi.
“Əl-Salmiyə” II turda “Əl-Şabab Küveyt”in qonağı olacaq.
