Azərbaycanlı futbolçu rəmzi komandada
22.02.2020 , 16:47

Küveyt Premyer Liqasında ötən turun rəmzi heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, simvolik komandada azərbaycanlı futbolçu Kamal Mirzəyev də yer alıb. O, turun ən yaxşı 11 futbolçusundan biridir.
Xatırladaq ki, Mirzəyev ötən ilin yayında “Qəbələ”dən “Əl-Salmiyə”yə keçib.
