“Qəbələ”nin sabiq futbolçusu Amid Quluzadə Portuqaliyanın “Atletiko” klubu ilə anlaşıb.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçimiz 2 il Lissabon təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, 1942-ci ildə qurulan “Atletiko” Portuqaliyanın ikinci dəstəsində – Sequnda Liqada mübarizə aparır.
