Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı
31.01.2023 , 18:47

Azərbaycanlı futbolçu Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə 4-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Elgün Nəbiyev ötən mövsümün əvvəlindən “Limanoviya”da çıxış edirdi.
