Azərbaycanlı futbolçu Polşa klubunda
01.03.2022 , 18:52

Azərbaycanlı futbolçu Nazim Bağırov karyerasını Polşada davam etdirəcək.
Korner.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Podlyasye” klubuna keçib.
Futbolçu III Liqa təmsilçisi ilə müddəti mövsümün sonuna kimi müqavilə imzalayıb.
