Ölkə futbolu

Azərbaycanlı futbolçu mövsümü başa vurdu

17.02.2019 , 13:55

Region Liqa təmsilçisi “FC Baku”da çıxış edən Elvin Həsənəliyev mövsümü başa vurub.

 

Korner.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, bir müddətdir belindəki zədə səbəbindən komanda ilə birgə kollektiv məşqlərdən kənarda qalan 25 yaşlı yarımmüdafiəçinin tezliklə cərrahiyyə əməliyyatı nəzərdə tutulub. Elvin Həsənəliyevin əməliyyatdan sonrakı bərpa olunma müddəti 4-6 ay çəkəcək.

 

Qeyd edək ki, Həsənəliyev Premyer Liqa və I Divizion klublarında forma geyinmiş futbolçudur.

Son yazılar

Yuxarı