Azərbaycanlı futbolçu Moldova klubunda
25.06.2020 , 19:18

Azərbaycanlı futbolçu Amit Quluzadənin yeni klubu bəlli olub.
Korner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu barədə “Facebook” hesabında paylaşım edib.
Quluzadə karyerasını Moldovada “Milsami” klubunda davam etdirəcəyini açıqlayıb.
Quluzadə keçən il Bosniya və Herseqovinanın “Çelik” klubunda forma geyinib.
